Description:
UĞUR KİTABInın 111 müəllifi var. Belə ki, müxtəlif peşə sahibləri uğurun nə olduğunu necə başa düşdüklərindən danışır, ona çatmağın sirlərini paylaşırlar. UĞUR KİTABInın ideya müəllifi və tərtibçisi Cəfər Mənsimi, redaktoru isə Arzu Soltandır.
Doğu Akdeniz Universitetinin sponsorluğu ilə Azərbaycan və türkçə çap edilən kitabın tərcüməçisi isə Rəvanə Quluzadədir.
UĞUR KİTABının ön sözü Şimali Kipr Türk Cümhuriyyətinin prezidenti Derviş Eroğlu tərəfindən yazılıb.
Xatırladaq ki, UĞUR KİTABInın 111 müəllifi var. Belə ki, kitab Azərbaycandan və ŞKTC-dən olan prezident, nazir, millət vəkili, iş adamı, professor, rektor, müəllim, aktyor, bəstəkar, müğənni, rejissor, şair, psixoloq, hüquqşünas, jurnalist, yazıçı, tarixçi, QHT təmsilçisi, arxeoloq, PR-çı və başqalarının mövzu ilə bağlı şərhlərindən ibarətdir. İnsanlar uğurun nə olduğunu və necə başa düşdüklərindən danışır, ona çatmağın sirlərini paylaşırlar. Bu yolda hər kəsin özünəməxsus təcrübəsi var.
Sual-cavab şəkilində tərtib olunan kitabın məqsədi uğurla bağlı fərqli baxış bucaqlarını ortaya qoyaraq oxucuların həyatına yön vermək, özlərini tanımalarına kömək etmək, yeni məqsədlər, yeni ideyalar formalaşdırmaqdır. Kitab həm də Azərbaycan və Şimali Kipr arasında bir ideya körpüsü qurmağa xidmət edəcək.